Sonuncu idmançımız bu gün yarışacaq

Parisdə ağır atletika üzrə kişilər arasında 79-cu, qadınlar arasında 22-ci dünya çempionatı yekunlaşmaq üzrədir. Bu gün milli komandamızın sonuncu üzvü körpücük üzərinə çıxacaq. Qadınlar arasında ən ağır çəkidə Yuliya Dovqal yarışacaq. +75 kq çəki dərəcəsində mübarizə aparacaq idmançı milli komandamızın dünya çempionatında çıxış edəcək sonuncu üzvü olacaqdır.

13 noyabr

Yuliya Dovqal
Çəki: +75 kq
Çıxış qrupu: A qrupu
Yarışın başlama vaxtı: 17:00 (Bakı vaxtı ilə)

Paylaş
Şərh yaz