Macarıstanlı Tomaş Ayan yenidən, dörd il müddətinə Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) prezidenti seçilib. Bu haqda qərar BAAF-ın Moskvada keçirilən hesabat seçki konfransında qəbul olunub. Konqresdə iştirak edən 137 nümayəndədən 80-i BAAF-ın hazırkı prezidentinin lehinə səs verib.
T.Ayan Beynəlxalq Ağır Atletika Federasiyasına (IWF) 2000-ci ildən rəhbərlik edir. Peşəkarlığı, səriştəsi, ustalığı və məsuliyyəti sayəsində T. Ayan BAAF-ın prezidenti olduğu 12 il ərzində ağır atletika üzrə yarış coğrafiyasını xeyli genişləndirə bilib. Bu da öz növbəsində dünyada ağır atletikanın populyarlaşması ilə nəticələnib.
Qeyd edək ki, Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) prezidenti postuna 6 nəfər namizədliyini irəli sürmüşdü. Onlardan 4-ü – Çin, ABŞ, Bolqarıstan və Rumıniyadan olan nümayəndələr namizədliyini geri götürmüşdür. Tomaş Ayanın yeganə rəqibi Avropa ağır atletika federasiyasının prezidenti Antonio Urso isə cəmi 55 səs toplaya bilib.
Hesabat seçki konfransında Ma Benquanq baş katib, Niko Vlad isə I vitse – prezident seçilib.