Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarında ağır atletlərimiz mübarizəyə qoşulub. İlk olaraq körpücük üzərinə Valentin Xristov çıxıb. 56 kq çəki dərəcəsində mübarizə aparan gənc atletimiz uğurla çıxış edərək adını idman tariximizə yazdırıb. O, bürünc medala sahib çıxaraq müstəqil Azərbaycan Respublikası tarixində ağır atletlər arasında Olimpiya medalı qazanan ilk idmançı olub. Onun toplamdakı 289 kq-lıq nəticəsi ona bu möhtəşəm nəticəni əldə etmək imkanı yaradıb.
Valentin birdən qaldırma hərəkətində əvvəlcə 123, sonra isə 127 kq-ı başı üzərinə qaldırdı. Üçüncü cəhdində sifariş verdiyi 130 kq-ı ram edə bilmədiyindən bu hərəkətdə 4-cü pillədə qərarlaşdı.
Təkanla qaldırma hərəkəti bizim üçün daha uğurlu alındı. Gənc atletimiz əvvəlcə 154 kq-ı rahat qaldırdı. Daha sonra 158 kq-a gücü çatmayan Xristov, ruhdan düşmədi və 159 kq sifariş verdi. Bu çəkini qaldırmağı bacaran 18 yaşlı idmançımız bürünc medalı qazandı. Toplamda əldə etdiyi 286 kq-lıq nəticə, Azərbaycan Ağır Atletika tarixində yeni bir tarixin yazılması demək oldu.
TƏBRİK EDİRİK!
56 kq çəki dərəcəsində qızıl medala şimali koreyalı Çol Yun Om 293 kq (125 kq + 168 kq), gümüşə isə çinli Vu Jinbao 289 kq (133 kq + 156kq) layiq görülüb.
Onu da vurğulamaq vacibdir ki, Xristovun çıxışını Azərbaycan Respublikasının prezidenti, cənab İlham Əliyev də tribunadan izləyib.
Adı |
Çəkisi |
Təkanla qaldırma |
Nəticə |
– |
Birdən qaldırma |
Nəticə |
Toplam çəki |
Tutduğu yer |
||||
Valentin Xristov |
56 kq |
123 |
127 |
130 |
127 |
|
154 |
158 |
159 |
159 |
286 |
3 |
Ağır Atletika üzrə Olimpiya yarışları 28 iyul – 7 avqust tarixləri arasında keçiriləcək. Ağırlıqqaldıranlar mübarizələrini möhtəşəm “ExCel” idman kompleskində aparcaqlar. Bu qurğu 2001-ci ildə açılıb və beynəlxalq konfranslar, sərgilər üçün nəzərdə tutulub. Sonradan London Olimpiadasının təşkilatçıları burada müxtəlif idman növləri üzrə yarışları keçirmək qərarına gəlib. Bundan sonr “ExCel” ağır atletlərin sərəncamına verilib. Bu, qurğu London Olimpiadasındakı ən böyük idman qurğusudur.
XXX Yay Olimpiya Oyunlarında 84 ölkədən 260 ağır atlet mübarizə aparacaq. Onlarda 156-sı kişi, 104-ü isə qadındır.
Yarışlar 15 çəki dərəcəsində – 8 kişilərdə (56 kq, 62 kq, 69 kq, 77 kq, 85 kq, 94 kq, 105 kq və +105 kq) və 7 qadınlarda (48 kq, 53 kq, 58 kq, 63 kq, 69 kq, 75 kq və +75 kq).
İştirakçılar 4×4 m ölçüdə, hündürlüyü 10 sm olan körpücük üzərində yarışacaqlar. İdmançılar güclərini birdən və təkanla qaldırma hərəkətlərində sınayacaqlar.