Ağırlıqqaldırma üzrə Avropa çempionatında Azərbaycan yığması möhtəşəm nəticələr qazanır. Qadınların mübarizəsində Silviya Angelova 48 kq çəki dərəcəsində bürünc medal qazanandan sonra, uğurlu seriyanı davam etdirmək növbəsi Valentin Xristova çatdı və o, bu işin öhdəsindən layiqincə gəldi.
56 kq çəki dərəcəsində yarışan gənc atletimiz qızıl medalları qazanmağa iddialı idi. O, həm birdən, həm də təkanla qaldırmada hər üç cəhdini uğurla yerinə yetirərək birdən-birə üç qızıl medal qazandı.
Qeyd edək ki, Valentin Xristova mükafatlandırma mərasimində qızıl medalları Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti, cənab Cahangir Əsgərov təqdim etdi. Həmişə milli komandanın yanında olan və mənəvi dəstəyini əsirgəməyən federasiya rəhbərimizin bu diqqəti təqdirəlayiqdir.
Valentin Xristov birdən qaldırmada – 125 kq, təkanla qaldırmada – 155 kq, toplamda isə 280 kq nəticə göstərdi ki, hər üç çəki gənclər arasında yeni Avropa rekordu idi.
Fantastik nəticədir! Bu, möhtəşəm uğurda əməyi olan hər kəsə təşəkkür edir, bütün Azərbaycan xalqını bu qələbə münasibətilə təbrik edirik!
Kişilər.
56 kq çəki dərəcəsi.
A qrupu:
Valentin Xristov
Birdən qaldırma
1-ci yanaşma – 117 kq (cəhd uğurlu alındı)
2-ci yanaşma – 122 kq (cəhd uğurlu alındı)
3-cü yanaşma – 125 kq (cəhd uğurlu alındı)/ Gənclər arasında Avropa rekordu!
Bu hərəkətdə tutduğu yer – 1-Cİ YER (QIZIL MEDAL)
Təkanla qaldırma
1-ci yanaşma – 145 kq (cəhd uğurlu oldu)
2-ci yanaşma – 150 kq (cəhd uğurlu oldu)
3-cü yanaşma – 155 kq (cəhd uğurlu oldu) /Gənclər arasında Avropa rekordu
Bu hərəkətdə tutduğu yer – 1-Cİ YER (QIZIL MEDAL)
Ümumilikdə tutduğu yer – 1-Cİ YER (QIZIL MEDAL) – 280 kq (125 kq + 155 kq) / Toplamda gənclər arasında Avropa rekordu!