25 fevral 2012-ci il tarixində Sumqayıt şəhərinin Olimpiya İdman Kompleksində Veteran idmançılar arasında Ağır atletika üzrə Azərbaycan çempionatı keçirilmişdir. Yarışın əsas məqsədi, 02-09 iyun 2012-ci il tarixində Lənkəran şəhərində keçiriləcək Avropa çempionatına veteran-idmançıların hazırlıq səviyyəsini müəyyən etməkdən ibarət olub.
Maraqlı mübarizə şəraitində keçən yarışda Azərbaycan Ağır Atletikasının tanınmış simaları medallar uğrunda mübarizə aparıblar. Çempionatda birinci yeri qocaman atletimizi Vladimir Jilyayev tutub. 64 yaşlı idmançı birdən qaldırma hərəkətində 94, təkanla qaldırmada isə 115 kq nəticə göstərərək qızıl medal qazanıb. Sinkler-Malone-Meltzer cədvəli üzrə keçirilən yarışda ikinci yeri Emil Əliyev, üçüncü yeri isə Ağayev Miryasin tutub.
Qalibləri təbrik edirik!