26 fevral 1992-ci ildə törədilən Xocalı soyqırımından 20 il ötür. Erməni vəhşiliyi insanlıq tarixinin ən böyük faciələrindən birinə gətirib-çıxartmış, minlərlə həmvətənimizin dəhşətli əzablarla ölümünə səbəb olmuşdur.
Bu qətliam zamanı 63 uşaq, 106 qadın, 70 qoca və qarı olmaqla, 613 nəfər qətlə yetirilib. Öldürülən insanlara meyidlərinə qarşı belə vəhşiliyə yol verilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq olub. 1275 nəfər əsir, 150 nəfər itkin düşüb.
Azərbaycanın qan yaddaşında əbədi qalacaq bu faciənin qurbanlarına Allahdan rəhmət diləyir, onların sağ qalan ailə üzvlərinə, eləcə də bütün həmvətənlərimizə dərin hüznlə başsağlığı veririk.
Allah rəhmət eləsin!