27 fevral – 2 mart tarixlərində “Zirvə” İdman Klubunun AAAF Park Yaşayış Kompleksində yerləşən əsas yarış zalında Ağır atletika üzrə 15 və 17 yaşa qədər yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyi keçirildi.
Bu yarış 5 mart – Bədən tərbiyəsi və idman gününə həsr olunmuşdur. Qeyd edək ki, bu gün bu əlamətdar tarixin 10 ili tamam olur. 1995-ci il mart ayının 5-də Ulu öndər Heydər Əliyev Bakı idman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoymuşdur. 5 mart tarixinin ölkəmizdə bədən tərbiyəsi və idman gününü Prezident İlham Əliyev Bədən Tərbiyəsi və İdman Gününün təsis edilməsi haqqında 4 mart 2005-ci il tarixli sərəncamında öz əksini tapmışdır.
Bu birincilikdə idmançılar beynəlxalq qaydalara uyğun çəkilər üzrə medallar uğrunda mübarizə aparıblar.
Qızlar Sinkleyr cədvəli üzrə mütləq birincilikdə, 15 yaşa qədər (2000-2001-ci illər təvəllüdlü) oğlanlar 45, 50, 56, 62, 69, 77, 85 və +85 kq, 17 yaşa qədər (1998-1999-cu illər təvəllüdlü) oğlanlar isə 50, 56, 62, 69, 77, 85, 94 və +94 kq çəki dərəcələrində çıxış ediblər.
Yarışlar başa çatıb. Yaşı 15-ə qədər oğlanlarda 85 və +85 kq, 17-yə qədər olan ağır atletlərin isə 85, 94 və +94 kq çəki dərəcələrində medalçıların adları məlum olub.
Nəticələrlə tanış olun:
Oğlanlar (15 yaşa qədər)
85 kq
N | İdmançı | D. tarix | Şəhər | Çəkisi | Birdən | Təkanla | Toplam | ||||
1. | Bayramov Ümid | 2001 | Bakı | 83.10 | 95 | 100 | 103 | 117 | 122 | 125 | 222 |
2. | Umidov Salar | 2001 | Bakı | 82.00 | 53 | 56 | 60 | 65 | 72 | 72 | 128 |
3. | Hüseynli Samir | 2000 | Cəlilabad | 82.80 | 50 | 55 | 58 | 65 | 65 | – | 123 |
+85 kq
N | İdmançı | D. tarix | Şəhər | Çəkisi | Birdən | Təkanla | Toplam | ||||
1. | Həsənzadə Həsənbəy | 2001 | Gəncə | 85.90 | 80 | 85 | 90 | 100 | 106 | 110 | 191 |
2. | İsmayılov İslam | 2000 | Bakı | 95.40 | 55 | 57 | 57 | 70 | 73 | 75 | 130 |
Oğlanlar (17 yaşa qədər)
85 kq
N | İdmançı | D. tarix | Şəhər | Çəkisi | Birdən | Təkanla | Toplam | ||||
1. | İsmayılov Hüseyn | 1999 | Abşeron | 79.80 | 125 | 130 | 135 | 155 | 160 | 160 | 285 |
2. | Mirzəyev Sənan | 1999 | Bakı | 79.90 | 110 | 115 | 118 | 135 | 140 | 140 | 258 |
3. | Fətəliyev Kənan | 1998 | Abşeron | 84.60 | 100 | 105 | 106 | 120 | 120 | 125 | 220 |
94 kq
N | İdmançı | D. tarix | Şəhər | Çəkisi | Birdən | Təkanla | Toplam | ||||
1. | İbrahimov İsa | 1998 | Neftçala | 86.60 | 90 | 95 | 98 | 110 | 115 | 120 | 218 |
2. | İmanov İldırım | 1998 | Bakı | 87.00 | 95 | 100 | 100 | 115 | 120 | 124 | 215 |
+94 kq
N | İdmançı | D. tarix | Şəhər | Çəkisi | Birdən | Təkanla | Toplam | ||||
1. | Kolayev Asxab | 1998 | Bakı | 125.1 | 110 | 115 | 115 | 135 | 145 | 150 | 260 |
2. | Quliyev Sənan | 1999 | Goranboy | 109.0 | 95 | 100 | 105 | 120 | 130 | 130 | 220 |