Rüstəm İmanzadə zədələndi və yarışı yarımçıq bitirdi

Slovakiyanın Koşitse şəhərində yeniyetmələr arasında dünya çempionatına start verilib. Bu gün milli komandamızın iki üzvü bu turnirdə mübarizəyə qoşulacaqdı.

Valeh Baxşəlizadənin son anda yarışda iştirak etməyəcəyi məlum olub.

Rüstəm İmanzadə isə 50 kq çəki dərəcəsində qüvvəsini sınayıb.

Rüstəm birdən qaldırmada ilk cəhdində 78 kq, daha sonra isə 83 kq-ı uğurla başı üzərinə qaldıra bilib. Ancaq təəssüf ki, 88 kq-ı ram edə bilməyən gənc idmançımız, bu hərəkətdə 5-ci yeri tutdu.

Bununla yanaşı, o, 88 kq-ı qaldırarkən biləyindən zədələndi və təkanla qaldırma hərəkətinə gələ bilməyərək yarışı yarımçıq bitirməli oldu.

Paylaş
Şərh yaz