Parisdə ağır atletika üzrə kişilər arasında 79-cu, qadınlar arasında 22-ci dünya çempionatı başa çatıb. Bu gün milli komandamızın sonuncu üzvü – Yuliya Dovqal da körpücük üzərinə qalxıb. Qadınlar arasında ən ağır +75 kq çəki dərəcəsində mübarizə aparan idmançımız bürünc medala yaxın olsa da, onu qazana bilməyib.
Birdən qaldırmada Yuliya əvvəlcə 115 kq, daha sonra isə 118 kq-ı başı üzərinə qaldırıb. Ancaq 121 kq-ı qaldıra bilməyən Dovqal bu hərəkətdə 5-ci yeri tutub.
Təkanla qaldırmada da startımız uğurlu olub. Yuliya Dovqal ilk sifariş verdiyi 145 kq-I rahat qaldırıb. Ancaq sonrakı çəki – 150 kq-ı qaldırmaq növbəti iki yanaşmada ona nəsib olmayıb. O, bu hərəkətdə 7-ci yeri tutub.
Toplamda 263 kq (118 kq + 145 kq) nəticə göstərən idmançımız yekunda 5-ci yeri tutub.
+75 kq çəki dərəcəsi, A qrupu
Yuliya Dovqal
Birdən qaldırma – 118 kq
Bu hərəkətdə tutduğu yer – 5
1. 115 kq – cəhd uğurlu oldu
2. 118 kq – cəhd uğurlu oldu
3. 121 kq – cəhd uğursuz oldu
Təkanla qaldırma –145 kq
Bu hərəkətdə tutduğu yer – 7
1. 145 kq – cəhd uğurlu oldu
2. 150 kq – cəhd uğursuz oldu
3. 150 kq – cəhd uğursuz oldu
Toplam göstəricisi – 263 kq (118 kq + 145 kq)
Yekunda tutduğu yer – 5