Yuliya Dovqal: “Olimpiada medalı qazanmağa çalışacam”

Antalyadakı ağır atletika üzrə Avropa çempionatı başa çatdı. Yarışın son günündə milli komandamızdan Yuliya Dovqal körpücük üzərinə çıxdı. Çəkisi 75 kq-dan yuxarı olan qadınların mübarizəsində bürünc medala sahib çıxan idmançımızın Azərbaycan Ağır Atletika Federasiyasının rəsmi saytına müsahibəsi

– Avropa çempionatının bürünc medalçısı oldun. Hisslərini bizimlə bölüşə bilərsənmi?
– Təbii ki, bu nəticəyə görə çox şadam. Avropa çempionatında medal qazanmaq xoş hisslərdir. Ancaq qarşıda Olimpiada var. Yaxşı başa düşürəm ki, qaldırdığım çəkilər Londonda medal üçün yetərli olmayacaq. Bunun üçün daha çox çalışmaq lazımdır. Bütün gücümü ortaya qoyacam ki, nəticələrimi daha da yaxşılaşdırım və Olimpiya medalı qazanım.
– Bu çempionatda bizi bir milli komanda olaraq medallarla yanaşı Olimpiadaya lisenziya da maraqlandırırdı. Sənin üçün hansı daha vacib idi?
– Hər ikisinin öz əhəmiyyəti var. Hər hərəkətin ilk yanaşmasında əsasən lisenziyanı düşünürdüm. Bunlar uğurlu olunca, özümə – yəni medalların qazanılmasına kökləndim. Hər iki işin öhdəsindən gəldiyimə görə çox şadam.
– Sənə azarkeşlik edən, dəstək verən insanlara demək istədiyin bir söz vardırmı?
– Burada mənimlə birlikdə olan, həmçinin kənardan hər cür mənəvi dəstəyini əsirgəməyən hər bir kəsə minnətdaram. Azərbaycana və onun xalqına mənə inandığına və bu nəticələrə nail olmağıma şans yaratdığına görə təşəkkür edirəm. Xüsusilə, federasiyamızın prezidenti, cənab Cahangir Əsgərova da ayrıca çox sağ ol deyirəm. O, bizim bu yarışa ən yaxşı şəkildə hazırlaşmağımız üçün hər şəraiti yaratmışdı. Mənə edilən etimadları doğrultmağa çalışacam.

– Burada mənimlə birlikdə olan, həmçinin kənardan hər cür mənəvi dəstəyini əsirgəməyən hər bir kəsə minnətdaram. Azərbaycana və onun xalqına mənə inandığına və bu nəticələrə nail olmağıma şans yaratdığına görə təşəkkür edirəm. Xüsusilə, federasiyamızın prezidenti, cənab Cahangir Əsgərova da ayrıca çox sağ ol deyirəm. O, bizim bu yarışa ən yaxşı şəkildə hazırlaşmağımız üçün hər şəraiti yaratmışdı. Mənə edilən etimadları doğrultmağa çalışacam.Antalyadakı ağır atletika üzrə Avropa çempionatı başa çatdı. Yarışın son günündə milli komandamızdan Yuliya Dovqal körpücük üzərinə çıxdı. Çəkisi 75 kq-dan yuxarı olan qadınların mübarizəsində bürünc medala sahib çıxan idmançımızın Azərbaycan Ağır Atletika Federasiyasının rəsmi saytına müsahibəsi

Paylaş
Şərh yaz