İranın Əhvaz şəhərində keçiriləcək ağır atletika üzrə 2-ci Beynəlxalq Fəcr Kuboku start götürüb. Böyük nüfuza malik bu yarışda Azərbaycan ağır atletika yığmasının üzvləri də iştirak edirlər. Onlardan biri artıq körpücük üzərinə çıxıb.
56 kq çəki dərəcəsindən mübarizə aparan Ruslan Rzazadə fəxri kürsüyə qalxmağı bacarıb. Atletimiz birdən qaldırma hərəkətində 98 kq-ı ram edərək bu hərəkətdə gümüş medala sahib çıxıb. Təkanla qaldırma hərəkətində 118 kq-ı başı üzərinə qaldıran Ruslan, bu hərəkətdə 4-cü olub.
Toplam 216 kq (98+118) nəticə göstərən Rzazadə 2-ci Beynəlxalq Fəcr Kubokunda yekun sıralamada bürünc medala layiq görülüb.
Atletimizi təbrik edirik!