Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunmuş ağır atletika turniri keçiriləcək

Dekabrın 29-da AAAF Park Yaşayış Kompleksinin yarış zalında Milli Qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunmuş ağır atletika üzrə XVIII açıq turnir keçiriləcək. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Ağır Atletika Federasiyasının təşkilatçılığı ilə baş tutacaq yarış beynəxlaq status daşıyacaq və Azərbaycanın paytaxt və regionlarda fəaliyyət göstərən idman təşkilatlarından, həmçinin Gürcüstandan dəvət olunan idmançılar iştirak edəcəklər.

Turnirin keçirilməsində məqsəd Milli Qəhrəman Fəxrəddin Şahbazovun timsalında vətən uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsinin əziz tutulması, onun həyat yolunun və idman fəaliyyətinin böyüməkdə olan yeni nəsil idmançılar və gənclər arasında təbliğ olunması, yerlərdə ağır atletika idman növünün təbliği və inkişaf etdirilməsi, ən güclü idmançıların aşkar olunması, idmançıların ustalıq səviyyəsinin artırılmasıdır.

Bütün ağır atletika sevərlər və KİV nümayəndələri dəvətlidir!

 

Yarışın vaxt cədvəli

Çəki dərəcəsi Çəkilmə Yarış
49 kq 09:00 11:00
Açılış mərasimi                                                         14:00
55 kq; 61 kq 12:30 14:30
67 kq; 73 kq 14:30 16:30
81, 89, 96, 102, +102 kq 16:00 18:00

 

Paylaş
Şərh yaz