Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunmuş ağır atletika turniri keçiriləcək

Dekabrın 21-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında Milli Qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunmuş ağır atletika üzrə XIX açıq turnir keçiriləcək. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Ağır Atletika Federasiyasının təşkilatçılığı ilə baş tutacaq yarışda Azərbaycanın paytaxt və regionlarda fəaliyyət göstərən idman təşkilatlarından idmançılar iştirak edəcəklər.

Turnirin keçirilməsində məqsəd Milli Qəhrəman Fəxrəddin Şahbazovun timsalında vətən uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsinin əziz tutulması, onun həyat yolunun və idman fəaliyyətinin böyüməkdə olan yeni nəsil idmançılar və gənclər arasında təbliğ olunması, yerlərdə ağır atletika idman növünün təbliği və inkişaf etdirilməsi, ən güclü idmançıların aşkar olunması, idmançıların ustalıq səviyyəsinin artırılmasıdır.

Bütün ağır atletika sevərlər və KİV nümayəndələri dəvətlidir!

 

Yarışın vaxt cədvəli:

Çəki dərəcəsi Çəkilmə Yarış
49 kq, 55 kq 09:00 11:00
Açılış mərasimi                                                         13:00
61 kq; 67 kq 11:30 13:30
73 kq, 81, 89, 96, 102, +102 kq 13:30 15:30

 

Paylaş
Şərh yaz