Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirin ilk qalibi Səbinə Əzimova oldu!

Dekabrın 21-22-də Şimal DRES qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçiriləcək “Milli Qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunmuş” ağır atletika üzrə beynəlxalq turnir start götürüb. Sayca 16-cı olan turnir olacaq və artıq ikinci dəfə beynəlxalq status daşıyacaq.
Körpücük üzərinə ilk olaraq yaşı 17-yə qədər olan qızlar çıxıblar. Gözlənildiyi kimi, çox maraqlı və gərgin mübarizə şəraitində keçən qrupda sona qədər medal yarışı gedib. Türkiyəli, bolqar və Azərbaycan atletləri ardıcıl olaraq çəkiləri ram edərək qalibin adının müəyyən edilməsini sona qədər saxlayıblar. Nəticədə yeniyetmələr arasında Avropa birincliklərinin qalibi Səbinə Əzimova qızıl medala sahib çıxıb. O, 154 kq (67+87) nəticə və 250.61 Sinkleyr xalı ilə çempion olub.
Gümüş medal toplam 172 kq (79+93) nəticə və 239.17 xalla Bolqarsan atleti Qalya Şatova, bürünc isə toplam 166 kq (76+90) nəticə və 231.39 xalla türkiyəli Qamze Yaylaya qismət olub.
Yarışın keçirilməsində məqsəd Milli Qəhrəman Fəxrəddin Şahbazovun timsalında vətən uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsinin əziz tutulması, Şahbazovun həyat yolunun və idman fəaliyyətinin böyüməkdə olan yeni nəsil idmançılar və gənclər arasında təbliğ olunması, yerlərdə ağır atletika idman növünün təbliğ və inkişaf etdirməsi, ən güclü idmançıların aşkar olunması, dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılmasıdır.
Yarışın hazırlanması, təşkili və keçirilməsinə ümumi rəhbərlik Azərbaycan Ağır Atletika Federasiyası və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən həyata keçirilir. Turnirin bilavasitə keçirilməsi təsdiq edilmiş baş hakimlər kollegiyasına həvalə olunur.
Bakı şəhərində və regionlarda fəaliyyət göstərən idman təşkilatlarının idmançılarına turnirdə iştirak etmək hüququ verilir. Bununla yanaşı, növbəti dəfə xarici dövlətlərdən dəvət olunmuş idmançıların bu turnirdə iştirak edə biləcəklər. Yarışda Azərbaycanla yanaşı, daha 12 ölkədən (ABŞ, Ukrayna, Moldova, Belarus, Rusiya, Türkiyə, İran, Bolqarıstan, İsrail, Gürcüstan, Tacikistan, Polşa) ağırlıqqaldıranların çıxışı gözlənilir.
Ağır atletika üzrə turnir
-5 yaş qrupu və Veteranlar arasında keçiriləcəkdir.
Qadınlarda 17 yaşa qədər və 17 yaşdan yuxarı,
-kişilərdə 17 yaşa qədər, 20 yaşa qədər və 20 yaşdan yuxarı olaraq bölünəcək.
Turnir Beynəlxalq Ağır atletika federasiyasının “yarışların təşkili və keçirilməsi qaydaları” na əsasənkeçiriləcəkdir.
-Yarış şəxsi xarakter daşıyır, qaliblər və mükafatçılar hər yaş qrupunda «Sinkler» cədvəlinə görə topladığı xallara əsasən müəyyənləşdiriləcəkdir.
-Hər yaş qrupunda I, II və III yerləri tutmuş idmançılar Azərbaycan Ağır Atletika Federasiyası və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla, xatirə hədiyyələri və medallarla təltif olunacaqlar.

N Ad Ölkə Çəki Birdən Təkanla Toplam Xal
1. Səbinə Əzimova Azərbaycan 48.40 67 87 154 250.61
2. Qalya Şatova Bolqarıstan 59.05 79 93 172 239.17
3. Qamze Yayla Türkiyə 58.85 76 90 166 231.39
4. Qarayeva Selcan Azərbaycan 36.10 38 47 85 184.66
5. Tatyana Çobanu Moldova 56.10 54 73 127 183.28
6. Anna Xomyuk Polşa 66.00 65 75 140 180.52
7. Günel Muxtarlı Azərbaycan 31.50 31 40 71 180.50
8. Sona Məmmədova Azərbaycan 64.50 58 65 123 160.95
9. Hüseynova Rəhilə Azərbaycan 61.00 48 56 104 141.26
10. Mayılova Səma Azərbaycan 33.20 33 45 78 140.85
11. Fidan Mirzəzadə Azərbaycan 53.20 40 50 90 135.35
12. İmanova Fazilə Azərbaycan 42.20 31 42 73 134.85
13. Fidan Əbdürrəhmanova Azərbaycan 85.50 55 60 115 129.32

 

The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 10, (#10) Application does not have permission for this action
Paylaş
Şərh yaz