Federasiya

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının əsas vəzifələri aşağıdakılardan ibarətdir:

Ağırlıqqaldırma idman növünün ölkədə inkişaf etdirilməsi.

Əhalinin sağlamlığının möhkəmləndirilməsi, bədən tərbiyəsi və hərtərəfli harmonik inkişaf təsirinin gücləndirilməsi.

Yüksək səviyyəli idmanaıların hazırlığı sisteminin təkmilləşdirilməsi, ehtiyat qüvvələrin hazırlanması.

Azərbaycan yığma komandasının Olimpiya Oyunlarında, Dünya və Avropa çempionatlarında, həmçinin digər beynəlxalq yarışlarda müvəffəqiyyətli çıxışlarının təmin edilməsi.

Ağırlıqqaldırma üzrə idmançıların, məşqçilərin və digər mütəxəssislərin hüquqlarının və maraqlarının müdafiəsi, ağır atletika veteranlarına qayğı göstərilməsi.

Ağırlıqqaldırma idmanında qadağan olunmuş dopinqlərin, anaboliklərin və başqa dərman preparatlarının qəbulun yolverilməzliyi haqqında geniş təşkilatı işlərin aparılması, antiidman halları ilə mübarizə, əxlaqi-etik qaydalara əməl edilməsi.

Ağırlıqqaldırma idmanının maddi-texniki bazasının saxlanması, genişləndirilməsi və yaxşılaşdırılması.

Şəhər və rayonlarda fəaliyyət göstərən ağır atletika bölmələrinə köməklik göstərilməsi.

Ölkə əhalisi arasında ağır atletika idman növünün kütləviləşdirilməsi və geniş təbliğ edilməsi.

Bədən tərbiyəsi və idman vasitəsi ilə əhaliyə xidmət göstərilməsi.

* * *
E-poçt: office@aaaf.az
Vebsayt: www.aaaf.az
Ünvan: Bakı şəhəri, ASK Plaza, 3-cü mərtəbə, 301-ci otaq.
Prezident: Kamran Nəbizadə