Federasiya rəsmilərimiz IWF-in ənənəvi Konqresində iştirak ediblər

Aprelin 3-də Tailandın paytaxtı Banqkok şəhərində yerləşən “The Grand Fourwings Convention Hotel”də Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) növbəti Konqresi keçirilib. 80 dövlətin federasiya nümayəndələrinin qatıldığı tədbirdə Azərbaycan Ağır Atletika Federasiyasnın vitse-prezidenti Tofiq Heydərov və baş katib Rizvan Rəsulov da iştirak ediblər.
Konqresdə ilk olaraq 4-10 aprel tarixlərində Banqkokda keçiriləcək yeniyetmələr arasında dünya birinciliyinin təşkili və keçirilməsinə hazırlıq haqqında məlumat verilib. Bildirilib ki, bu yarışda 57 ölkədən 248 yeniyetmə oğlan və 197 yeniyetmə qız olmaqla, ümumilikdə 445 iştirakçı körpücük üzərinə çıxacaq.
Bununla yanaşı, tədbirdə aşağıda qeyd olunan və digər məsələlər müzakirə olunub:
1. 2016-ci ildə IWF-ə daxil olan və xərclənən vəsaitlər;
2. Ölkə federasiyalarinda ağır atletika idman növünün gələcək inkişafı ilə bağlı “inkişaf proqramı” lahiyələrinin daha da genişləndirilməsi;
3. Gender bərabərliyi (komitələrə seçiləcək qadınlarin sayının kişilərə nisbətən bərabərləşdirilməsi, eyni qaydanın hakimlərin tərkibinə tətbiq edilməsi);
4. Dopinq vasitələrinin istifadəsi ilə əlaqədar nəzarət və yoxlama şərtlərinin daha da ciddiləşdirilməsi və bu sahədə maarifləndirmə işlərinin genişləndirilməsi.

The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 10, (#10) Application does not have permission for this action
Paylaş
Şərh yaz