Firuzə İbrahimova Avropa birinciliyində mübarizə apardı

Oktyabr ayının 20-27-si tarixlərində Polşanın Zamots şəhərində keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir. 35 ölkədən 383 atletin mübarizəyə qoşulduğu turnirdə Azərbaycan yığma komandasının üzvləri də iştirak edirlər.

Onlardan daha biri – Firuzə İbrahimova yaşı 23-ə qədər olan gənclərin 63 kq çəki dərəcəsindəki mübarizəsində körpücük üzərinə çıxıb.

O, birdən qaldırma hərəkətində 75 kq-la bu hərəkətdə 7-ci yeri tutdu.

Atletimiz təkanla qaldırma hərəkətdə 95 kq-ı ram edərək 5-ci yeri tutub.

Toplam 170 kq (75+95) nəticə ilə Firuzə İbrahimova yekun sıralamada 5-ci pillədə qərarlaşıb.

Paylaş
Şərh yaz