Fuad Həsənov MDB Oyunlarında çıxış edib

 

4-10 avqust tarixlərində Belarusda keçirilən II MDB Oyunlarında ağır atletika üzrə yarışlar təşkil olunur. Qrodno şəhərindəki Buz İdman Sarayının yarış zalında 150-dən çox idmançı medallar uğrunda mübarizəyə qoşulub. Onların arasında Azərbaycan atletləri də var.

Bu gün ilk olaraq Fuad Həsənov qüvvəsini sınayıb. O, 67 kq çəki dərəcəsində çıxış edib. İdmançımız toplam 266 kq (120+146) nəticə ilə 4-cü yeri tutub.

Paylaş
Şərh yaz