Mayın 25-27-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən 15 və 17 yaşadək (2001-2002-ci il təv. və 2003-2005-cü il təv.) yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyi başa çatıb. Körpücük üzərinə son olaraq yaşı 17-yə qədər olan oğlanlar arasında çəkisi 77, 85, 94 və +105 kq olan atletlər çıxıblar.
77 kq çəki dərəcəsində toplam 275 kq (125+150) nəticə ilə Füqan Əliyev qızıl medal əldə edib. İdmançımız yarışdan sonra AAAF TV-yə qısa müsahibə verərək məşqçilərinə təşəkkür edib.