21-22 fevral tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər və qadınlar arasında Azərbaycan çempionatında sonuncu yarış günü davam edir. Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-ə yaxın atlet qüvvəsini sınayacaq.
Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.
Növbəti qaliblər çəkisi 81 kq-a qədər olan kişilər arasında müəyyən edilib. Toplam 273 kq (123+150) nəticə ilə Füqan Əliyev rəqiblərindən daha yaxşı çıxış edərək çempiona adını qazanıb. İkinci pillədə toplam 269 kq (118+151) nəticə ilə Nurlan Rəsulov, üçüncü pillədə isə toplam 267 kq (117+150) nəticə ilə Kənan Əliquliyev qərarlaşıblar.
Təbrik edirik!
81 kq
N | Adı | İl | Ölkə/Şəhər | Klub | Çəki | Birdən | Təkanla | Toplam |
1. | Əliyev Fuqan | 2001 | Lerik | Zirvə | 80.0 | 123 | 150 | 273 |
2. | Rəsulov Nurlan | 2004 | Xırdalan | Zirvə | 78.9 | 118 | 151 | 269 |
3. | Əliquliyev Kənan | 1998 | Lənkəran | Zirvə | 75.0 | 117 | 150 | 267 |
4. | Şərifov Elşən | 1996 | Şamaxı | Zirvə | 77.0 | 115 | 145 | 260 |
5. | Səlimov Fuad | 199 | Bakı | Spartak | 79.3 | 111 | 137 | 248 |
6. | Əsədov Canəli | 2003 | Qobustan | Zirvə | 74.0 | 100 | 121 | 221 |
7. | Şəmmədov Səbuhi | 2002 | Goranboy | Zirvə | 74.4 | 105 | 115 | 220 |
8. | İsmayılov Əbdülmətin | 2005 | Qazax | UGİM | 74.4 | 92 | 107 | 199 |
9. | Həsənli İsa | 2002 | Lənkəran | Zirvə | 81.0 | 0 | – | – |
10. | Hüseynzadə Fərid | 1988 | Sumqayıt | Zirvə | 75.3 | 85 | 0 | – |