Tailandın Banqkok şəhərində keçirilən yeniyetmələr arasında 7-ci dünya birinciliyi davam edir. Yüzə yaxın ölkədən 445 atletin (197 qız və 248 oğlan) iştirak edəcəyi birincilikdə Azərbaycan yığması da medallar uğrunda mübarizə aparır. Bu gün millimizin üzvlərindən daha biri – Füqan Əliyev körpücük üzərinə çıxıb. O, 62 kq çəki dərəcəsinin əsas qrupunda yarışıb.
Füqan birdən qaldırma hərəkətində hər üç yanaşmasını uğurla yerinə yetirib və 112 kq-la bu hərəkətdə 8-ci olub.
Əliyev təkanla qaldırma hərəkətində də hər üç yanaşmada ştanqı başı üzərinə qaldıra bilib. O, bu hərəkətdə 140 kq-ı ram edib və 9-cu olub.
Toplam 252 kq (112+140) nəticə göstərən Füqan Əliyev ümumi sıralamada 7-ci yeri tutub.
Füqan Əliyev ötən ilin oktyabr ayında Malayziyanın Penanq şəhərində keçirilən yeniyetmələrin dünya birinciliyində iştirak etmiş və toplam 237 kq (106+131) nəticə ilə 16-cı olmuşdu. Aradan qısa keçən müddətdə gənc atletimiz öz nəticəsini 15 kq yeniləməyi bacarıb.
Birdən qaldırma
Təkanla qaldırma