21-23 dekabr tarixlərində Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında keçirilən qadınlar, kişilər və veteranlar arasında ağır atletika üzrə Azərbaycan Kubokunda ikinci yarış günü başa çatıb. Yarışda şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin, UGİM-lərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzdən çox atlet öz qüvvəsini sınayır.
Günə çəkisi 81 kq-a qədər olan atletlərin mübarizəsi ilə yekun vurulub. Bu çəkidə toplam 298 kq (137+161) nəticə göstərən “Relaks-Lerik” Klubunun təmsilçisi Füqan Əliyev qızıl, toplam 273 kq (120+153) nəticə göstərən “Zirvə” Klubunun təmsilçisi Nurlan Rəsulov gümüş, toplam 230 kq (100+130) nəticə göstərən Goranboy təmsilçisi İmaməli Əliyev bürünc medala sahib çıxıblar.
81 kq
N | Adı | İl | Şəhər / Rayon | Klub | Çəki | Birdən | Təkanla | Toplam |
1. | Fuqan Əliyev | 2001 | Lerik | Relaks | 79.4 | 137 | 161 | 298 |
2. | Nurlan Rəsulov | 2002 | Abşeron | Zirvə | 76.0 | 120 | 153 | 273 |
3. | İmaməli Əliyev | 2005 | Goranboy | Gİİ | 79.1 | 100 | 130 | 230 |
4. | Hüseynəli İbrahimov | 2007 | Bakı | Təhsil | 73.4 | 100 | 126 | 226 |
5. | Səbuhi Şəmmədov | 2002 | Goranboy | Kərim | 74.6 | 103 | 121 | 224 |
6. | Məmməd Əhmədzadə | 2007 | Abşeron | Zirvə | 74.6 | 95 | 113 | 208 |
7. | Yaşar Qurbanov | 2007 | Bakı | Spartak-Ettore | 73.7 | 91 | 112 | 203 |
8. | Əbdulmətin İsmayılov | 2005 | Qazax | Göyəzən | 80.6 | 96 | 105 | 201 |
9. | Nicat Babayev | 2007 | Lənkəran | Zirvə | 73.1 | 0 | – | – |