Füqan Əliyev B qrupunda mübarizə aparıb

9-18 avqust tarixlərində Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəylik Oyunları davam edir. Ağır atletlərimiz yarışa qoşulanlar sırasındadır.

Körpücük üzərinə 10 nəfər – 3 qadın və 7 kişi idmançı çıxacaq.

Onlardan daha biri – Füqan Əliyev mübarizəyə qoşulub. İdmançımız 81 kq çəki dərəcəsində B qrupunda yarışıb.

Atletimiz toplam 306 kq (135+171) nəticə ilə bu qrupda 2-ci, yekun sıralamada isə 10-cu yeri tutub.

Paylaş
Şərh yaz