Xırdalan şəhərindəki AAAF Park Yaşayış Kompleksinin yarış zalında yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Azərbaycan birinciliyinə start verilib. Yarışda ölkənin bütün regionlarından klub və cəmiyyətləri təmsil edən yüzdən çox atlet iştirak edir.
Körpücük üzərinə ilk olaraq qadınlar çıxıblar. Onlar qalibləri Sinkleyr cədvəli üzrə müəyyən ediblər. Qızıl medala toplam 173 kq (77+96) nəticə və 273.32 Sinkleyr xalı ilə Səbinə İzmova layiq görülüb. Gümüş medalı 112 kq (52+60) nəticə və 166.99 xalla Lalə Rzazadə, bürünc medalı isə 116 kq (53+63) nəticə və 158.08 xalla Vəliyeva Günel qazanıb.
Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.
Qadınlar. A qrupu.
N | Adı | İl | Şəhər | Klub | Çəki | Birdən | Təkanla | Toplam | Xal |
1. | Əzimova Səbinə | 2000 | Lənkəran | Zirvə | 53 | 77 | 96 | 173 | 273.32 |
2. | Rzazadə Lalə | 2001 | Lənkəran | Zirvə | 58 | 52 | 60 | 112 | 166.99 |
3. | Vəliyeva Günel | 1997 | Xırdalan | Zirvə | 63 | 53 | 63 | 116 | 158.08 |
4. | Nəzərli Gülbəniz | 2002 | Lənkəran | Zirvə | 48 | 44 | 53 | 97 | 153.24 |
5. | Abdürrəhmanova Fidan | 1999 | Lənkəran | Zirvə | 90 | 50 | 70 | 120 | 134.57 |
The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 10, (#10) Application does not have permission for this action