Gənclər arasında Azərbaycan birinciliyinin açılış mərasimi keçirilib

5-6 oktyabr tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən gənclər arasında ağırllıqaldırma üzrə Azərbaycan birinciliyinin açılış mərasimi baş tutub.

Baş katib Rizvan Rəsulov nitq ilə çıxış edib. O, bildirib ki, çempionatın təşkilində məqsəd ağırlıqqaldırma idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, Respublikanın şəhər və rayonlarında, idman cəmiyyətlərində, klublarında və mərkəzlərində ağırllıqqaldırma idman növünün inkişaf səviyyəsinin, perspektivli ağırlıqqaldıranların müəyyənləşdirilməsi, texniki cəhətdən hazırlıqlı idmançıların yığma komandalara seçilməsi, beynəlxalq yarışlara hazırlıqlı idmançıların müəyyən olunmasıdır.

Sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib.

Sonda federasiyanın vitse-prezidenti Firdovsi Umudov iki hakim – Səbinə Rzayeva və İlham Hüseynova müvafiq Beynəlxalq Dərəcəli Hakim kitabçalarını təqdim edib.

 

Paylaş
Şərh yaz