Gənclər arasında birincilik qadınların mübarizəsiylə başladı

1-2 oktyabr tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçiriləcək gənclər (20 və 23 yaşlı gənc oğlan və qızlar) arasında ağır atletika üzrə Azərbaycan birinciliyi start götürüb. Körpücük üzərinə ilk olaraq qızlar çıxıblar.

Onlardan 20 yaşa qədər qızlar arasında Samirə Rzayev (45 kq), Selcan Qarayeva (49 kq), Gülcahan Əliyeva (55 kq), Fazilə İmanova (59 kq), Fidan Mirzəzadə (71 kq), Rahilə Hüseynzadə (76 kq), 23 yaşa qədər qızlar arasında isə 55 kq çəki dərəcəsində Dinara İbrahimli qalib adını qazanıblar.

Təbrik edirik!

Yarışda ölkənin bütün regionlarından yüzə yaxın atlet iştirak edir.

Çempionatın təşkilində məqsəd ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, Respublikanın şəhər və rayonlarında, idman cəmiyyətlərində, klublarında və mərkəzlərində ağır atletika idman növünün inkişaf səviyyəsinin, perspektivli ağır atletlərin müəyyənləşdirilməsi, texniki cəhətdən hazırlıqlı idmançıların yığma komandalara seçilməsidir.

20 yaşa qədər qızlar (U-20)

45 kq

N Adı Şəhər Klub il Çəki Birdən Təkanla Toplam
1. Samirə Rzayeva Qazax Göyəzən 2006 40.3 30 40 70

 

49 kq

N Adı Şəhər Klub il Çəki Birdən Təkanla Toplam
1. Selcan Qarayeva İsmayıllı Gİİ 2005 49.0 55 72 127
2. Türkanə Qənbərzadə Lənkəran Təhsil 2007 48.2 47 55 102

 

55 kq

N Adı Şəhər Klub il Çəki Birdən Təkanla Toplam
1. Gülcahan Əliyeva Şərur UGİM 2004 51.9 52 65 117
2. Günel Muxtarlı Sumqayıt Təhsil 2003 54.3 40 50 90
3. Tahirə Mustafazadə Qazax Göyəzən 2005 49.7 28 37 65

 

59 kq

N Adı Şəhər Klub il Çəki Birdən Təkanla Toplam
1. Fazilə İmanova Neftçala Herkules 2004 57.2 60 81 141
2. Anna Opanasyuk Lənkəran Təhsil 2006 58.0 45 61 106
3. Ayişə Əliyeva Qazax Göyəzən 2006 55.3 48 56 104

 

71 kq

N Adı Şəhər Klub il Çəki Birdən Təkanla Toplam
1. Fidan Mirzəzadə Bakı Təhsil RİM 2004 69.6 kq 75 95 160
2. Zəhra Niftəliyeva Sumqayıt Təhsil 2007 67.8 50 64 114

 

76 kq

N Adı Şəhər Klub il Çəki Birdən Təkanla Toplam
1. Rahilə Hüseynzadə Lənkəran Zirvə 2005 74.2 81 103 184
2. Günel Əliyeva Bakı Zirvə 2005 71.5 21 25 46

 

23 yaşa qədər qızlar (U-23)

55 kq

N Adı Şəhər Klub il Çəki Birdən Təkanla Toplam
1. Dinara İbrahimli Gəncə UGİM 2001 53.2 53 67 120

 

Paylaş
Şərh yaz