Günə Rüstəm Qasımovun qələbəsiylə yekun vuruldu

1-2 oktyabr tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçiriləcək gənclər (20 və 23 yaşlı gənc oğlan və qızlar) arasında ağır atletika üzrə Azərbaycan birinciliyində ilk yarış günü başa çatıb. Son olaraq körpücük üzərinə çəkisi 67 kq-a qədər oğlanlar çıxıb.

Onlardan toplam 242 kq (106+136) nəticə göstərən Rüstəm Qasımov qızıl medala sahib çıxıb. Sonrakı pillələri 240 kq (105+135) nəticə ilə Qasım İsmayılov və 226 kq (104+122) nəticə ilə Turan Əliyev tutublar.

Təbrik edirik!

Yarışda ölkənin bütün regionlarından yüzə yaxın atlet iştirak edir.

Çempionatın təşkilində məqsəd ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, Respublikanın şəhər və rayonlarında, idman cəmiyyətlərində, klublarında və mərkəzlərində ağır atletika idman növünün inkişaf səviyyəsinin, perspektivli ağır atletlərin müəyyənləşdirilməsi, texniki cəhətdən hazırlıqlı idmançıların yığma komandalara seçilməsidir.

67 kq. U-20

N Adı Şəhər Klub İl Çəki Birdən Təkanla Toplam
1. Rüstəm Qasımov Lənkəran Zirvə 2002 66.4 106 136 242
2. Qasım İsmayılov Qazax Göyəzən 2005 63.9 105 135 240
3. Turan Əliyev Sumqayıt Təhsil 2007 63.8 104 122 226
4. Heydər Yusibov Goranboy Təhsil UgiŞM 2004 63.8 95 105 200
5. Dilavər Süleymanov Bakı Zirvə 2006 67.0 86 112 198
6. Emil Quliyev Bakı Təhsil RİM 2006 63.6 85 105 190
7. Nihat Vəliyev Gəncə UGİŞM-1 2006 62.2 86 103 189
8. Səbuhi Şəmmədov Goranboy Zirvə 2002 66.6 85 100 185
9. Nurlan  Mustafayev Qazax UGİM 2006 66.2 82 96 178
10. Vüsət Quliyev Sumqayıt Olimp 2004 62.2 80 96 176
11. Lətif Abdullayev Tevlax UGİM 2005 64.7 72 100 172
12. Namiq Quliyev Neftçala Zirvə 2004 62.5 80 91 171
13. Əli Fərzullayev Cəlilabad Ümüd İK 2007 73.0 0 0 0

 

Paylaş
Şərh yaz