Günə Turan Əliyevin qələbəsiylə yekun vuruldu

21-23 dekabr tarixlərində Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında keçirilən qadınlar, kişilər və veteranlar arasında ağır atletika üzrə Azərbaycan Kubokunda ilk yarış gününə yekun vurulub. Yarışda şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin, UGİM-lərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzdən çox atlet öz qüvvəsini sınayır.

Kişilərdən körpücük üzərinə son olaraq çəkisi 61 kq-a qədər olan atletlər çıxıblar. Toplam 214 kq (100+114) nəticə göstərən Turan Əliyev qızıl, toplam 200 kq (90+110) nəticə göstərən Elşan Məmmədov gümüş, toplam 198 kq (90+108) nəticə göstərən Akif Abdullayev isə bürünc medala layiq görülüblər.

 

61 kq

 

N Adı İl Şəhər / Rayon Klub Çəki Birdən Təkanla Toplam
1. Turan Əliyev 2007 Sumqayıt Təhsil 60.8 100 114 214
2. Elşan Məmmədov 2004 Lənkəran Zirvə 60.0 90 110 200
3. Akif Abdullayev 2007 Abşeron Zirvə 60.3 90 108 198
4. Əmrah Osmanov 2005 Qazax Göyəzən 59.3 90 107 197
5. Ramiz Kazımov 2006 Neftçala Herkules 57.9 85 105 190
6. Saleh Alxasov 2001 Lerik Relaks 59.5 83 101 184
7. Mehman Qəzənfərov 1995 Gəncə Təhsil-ADAU 60.6 80 100 180
8. Kamran Qasımov 2006 Cəlilabad Ümid 60.0 72 90 162
9. Röyal Quliyev 2006 Neftçala Herkules 57.8 67 84 151
10. Mirkamil Hüseynov 2007 Lerik Təhsil 59.1 67 83 150
11. Qurban Abdullayev 2007 Yevlax UGİM 56.1 68 77 145
12. Yusif Arzumanov 2006 Bakı Neftçi 59.5 62 83 145
13. İlkin Mirzəyev 2005 Bakı Təhsil 59.5 0 0 0
14. Eldar Eminov 2007 Şamaxı Cəngi 58.6 63 0 0

 

 

Paylaş
Şərh yaz