7-8 fevral tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər və qadınlar arasında Azərbaycan çempionatı başa çatıb. Körpücük üzərinə son olaraq 109 kq və +109 kq çəki dərələrində yarışan idmançılar çıxıb.
+109 çəki dərəcəsində Samux atleti Həsənbəy Həsənzadə qalib gəlib. Çempion yarış barədə təəssüratlarını AAAF TV ilə bölüşüb:
“Yaxşı yarış keçdi. Sevinirəm ki, qələbə qazana bildim. Uğurumda əməyi olan hər kəsə təşəkkür edirəm”.