15-23 iyun tarixlərində Yunanıstanın Saloniki şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyi davam edir. 38 ölkədən 415 (198 qız + 217 oğlan) idmançının iştirak etdiyi yarışa Azərbaycan yığması da qatılıb.
Bu gün onlardan daha biri – Hüseyn Heydərov körpücük üzərinə çıxıb. O, yaşı 17-yə qədər olan atletlər arasında 81 kq çəki dərəcəsində qüvvəsini sınayıb.
İdmançımız toplam 271 kq (126+145) nəticə ilə 8-ci yeri tutub.