İsrailin Eylat şəhərində keçiriləcək yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa çempionatı davam edir. Dekabrın 2-10-u tarixlərində olacaq yarışda Azərbaycan yığma komandası da iştirak edir. Bu gün atletlərimizdən daha biri – Hüseyn İsmayılov yaşı 20-yə qədər kişilər arasında 85 kq çəki dərəcəsində körpücük üzərinə çıxıb.
Hüseyn birdən qaldırma hərəkətində 145 kq, təkanla qaldırma hərəkətində isə 176 kq-ı ram edib
Toplam 321 kq (145+176) nəticə göstərən İsmayılov yekun sıralamada 8-ci yeri tutub.