Onlardan son olaraq Hüseyn İsmayılov 94 kq çəki dərəcəsində mübarizəyə qoşulub. Atletimiz bu çəkinin B qrupunda çıxış edib.
O, birdən qaldırma hərəkətində 154 kq, təkanla qaldırma hərəkətində isə 180 kq-ı ram edib. Toplam 334 kq (154+180) nəticə ilə bu qrupda 1-ci yeri tutub.
A qrupundakı çıxışlar başa çatandan sonra Hüseyn İsmayılovun yekun sıralamada 7-ci yeri tutduğu dəqiqləşib.