“Space TV” ölkəmizdə idmanın təbliğatı məqsədilə silsilə verilişlərə start verib. “Olimpiya Gündəliyi – 2020” Komissiyasının sifarişi əsasında hazırlanan “İdman hamı üçün” adlı verilişdə hər dəfə bir idman növündən söhbət açılacaq, onun tarixi, gələcək perspektivləri haqda məlumat veriləcək, ulduz idmançıdan müsahibə götürüləcək. Eyni zamanda, gəncləri sağlam həyat tərzinə, idmana dəvət etməyin yolları nümayiş etdiriləcək, onlara dəstək veriləcək.
Sevindiricidir ki, ilk veriliş məhz ağır atletikaya həsr olunub. Həmin verilişin videoyazısını sizə təqdim edirik: