5-9 aprel tarixlərində Xaçmaz Olimpiya Kompleksinin yarış zalında 2005-06-cı il təvəllüdlü oğlan və qızlar arasında idman məktəblərinin IX Respublika Oyunlarının ağır atletika yarışları keçirilib. Birincilikdə tabeçiliyindən asılı olmayaraq bütün idman məktəbləri, cəmiyyət və klubların üzvləri çıxış edə biliblər. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən turnirdə Sumqayıt, Qazax, Neftçala, Goranboy, Qobustan, Qax, İsmayıllı, Xırdalan, Lənkəran və digər şəhər və rayonları təmsil edən 150-dən çox idmançı medallar uğrunda mübarizə aparıb.
Yarışın keçirilməsində məqsəd ölkənin ən güclü yeniyetmə atletlərinin müəyyənləşdirilməsi, ağır atletika idman növünün təbliğ və inkişaf etdirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması, həmçinin qarşıdakı beynəlxalq yarışlara hazırlıq və seçimdir.
Yarışın nəticələri lə aşağıda tanış ola bilərsiniz: