İkinci bürüncümüzü Allahyar Abışov qazandı

İranın Əhvaz şəhərində keçirilən ağır atletika üzrə 2-ci Beynəlxalq Fəcr Kuboku start götürüb. Böyük nüfuza malik bu yarışda Azərbaycan ağır atletika yığmasının üzvləri də iştirak edirlər. Artıq komandamızın aktivində iki bürünc medal var. Ruslan Rzazadədən sonra onlardan daha birini – Allahyar Abışov 62 kq çəki dərəcəsində qazanıb.

Atletimiz birdən qaldırma hərəkətində 120 kq-ı ram edib. Bu hərəkətdə o, bütün rəqiblərini üstələməyi bacarıb. Abışov təkanla qaldırma hərəkətində 142 kq-ı başı üzərinə qaldıraraq nisbətən zəif çıxış edib və bu hərəkətdə 3-cü olub.

Toplam 262 kq (120+142) nəticə göstərən Allahyar 2-ci Beynəlxalq Fəcr Kubokunda yekun sıralamada bürünc medala layiq görülüb.

Atletimizi təbrik edirik!

Paylaş
Şərh yaz