İkinci yarış gününün ilk qalibi Rüstəm Qasımov oldu

11-12 may tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Azərbaycan birinciliyində ikinci yarış gününə start verilib. İlk olaraq körpücük üzərinə çəkisi 67 kq-a qədər olan atletlər çıxıblar.

Toplam 253 kq (118+135) nəticə ilə bütün rəqiblərini qabaqlayan Rüstəm Qasımov qızıl medala sahib çıxıb. Kürsünün sonrakı pilllərində müvafiq olaraq toplam 230 kq (100+130) nəticə ilə Nurlan Məmmədzadə, toplam 218 kq (98+120) nəticə ilə Samir Əskərzadə qərarlaşıb.

Təbrik edirik!

Yarışda ölkənin bütün regionlarından klub və cəmiyyətləri təmsil edən yüzə yaxın atlet iştirak edir. Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.

 

Kişilər.  67 kq.

N Adı İl Ölkə/Şəhər Klub Çəki Birdən Təkanla Toplam
1. Qasımov Rüstəm 2002 Lənkəran Təhsil 67.0 118 135 253
2. Məmmədzadə Nurlan 2004 Qazax Zirvə 66.6 100 130 230
3. Əskərzadə Samir 2002 Neftçala Zirvə 63.9 98 120 218
4. Muxtarlı Novruz 2002 Sumqayıt Təhsil 66.2 85 105 190
5. Abdullayev Elbrus 2004 Neftçala Zirvə 66.1 85 102 187
6. Həsənov İlşad 2003 Neftçala Zirvə 65.0

 

Paylaş
Şərh yaz