Yeniyetmə atletimiz İsa Əliyev Özbəkistanın Çirçiq şəhərində keçirilən ağırlıqqaldırma üzrə “Uzbekistan Open” açıq turnirində iştirak edib. 73 kq çəki dərəcəsində yarışan İsa Əliyev birdən qaldırma hərəkətində 122 kq nəticə göstərərək bu hərəkətdə yarışın gümüş medalını qazanıb. Təkanla qaldırmada isə 136 kq ağırlığı başı üzərinə qaldıran İsa toplamda 258 kq nəticə ilə turniri 7-ci yerdə başa vurub.
Bugün körpücük üzərinə çıxmış digər atletimiz Malikə Biçekuyeva isə (64 kq çəki dərəcəsi) birdən qaldırma hərəkətində 53 kq, təkanla qaldırmada isə 63 kq ağırlığı ram edib. Biçekuyeva toplamda 116 kq nəticə ilə turniri 9-cu yerdə başa vurub.