İsa Rüstəmov uğurlu çıxışı ilə bağlı AAF-ın rəsmi saytına açıqlama verib: Bildiyiniz kimi dünya çempionatından yeni qayıtmışıq. İstirahət üçün ümumiyyətlə vaxtımız olmadı. Federasiya rəhbərliyi bu yarışda iştirakıma hər cür şərait yaratdı. Bütün yanaşmaları uğurla icra edərək, ili qızıl medalla başa vurdum. Bir neçə gün əvvəl baş vermiş ağır təyyarə qəzası hamımızı sarsıtdı. Qələbəmi qəhrəman təyyarə ekipajına və qəzada həlak olmuş sərnişinlərin əziz xatirəsinə həsr edirəm”.
Qeyd edək ki, “Kakhi Cup 2024” beynəlxalq turniri çərçivəsində qonşu ölkəyə səfər etmiş Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov, Gürcüstan Ağırlıqqaldırma Federasiyasının prezidenti, 3 qat Olimpiya çempionu Kaxi Kaxiaşviliyə AAF adından xatirə hədiyyəsini təqdim edib.