İsa Rüstəmov və Ömər Cavadov rəqiblərini üstələdilər

 

 

14-15 sentyabr tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağırlıqqaldırma Mərkəzinin yarış zalında keçirilən gənclər arasında Azərbaycan birinciliyi və böyüklər arasında ağırlıqqaldırma üzrə Azərbaycan çempionatında ikinci yarış gününə start verilib. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağırlıqqaldırma Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-ə yaxın atlet qüvvəsini sınayır.

 

Günə çəkisi 73 və 81 kq-a qədər olan atletlərin mübarizəsiylə başlanıb.

 

73 kq çəki dərəcəsində böyüklərdə toplam 312 kq (141+171) nəticə ilə İsa Rüstəmov  fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 289 kq (134+155) nəticə ilə Fuad Həsənov ikinci, 285 kq (127+158) nəticə ilə Qasım İsmayılov üçüncü olub.

Bu çəkidə gənclərdə Qasım İsmayılov qızıl, Mahmud Qədirov gümüş, Akif Abdullayev isə bürünc medal qazanıb.

81 kq çəki dərəcəsində böyüklərdə toplam 338 kq (158+180) nəticə ilə Ömər Cavadov qızıl, 320 kq (140+180) nəticə ilə Füqan Əliyev gümüş, 295 kq (130+165) nəticə ilə Nurlan Rəsulov bürünc medala layiq görülüb.

Bu çəkidə gənclərin yarışında Orxan Zöhrabzadə qalib, Nihat Vəliyev 2-ci, İlkin Məmmədzadə isə 3-cü yerin sahibi olub.

Kişilər. 73 kq

 

N Adı İl Şəhər /

Rayon

Təşkilatı Çəkisi Birdən Təkanla Toplam
1. İsa Rüstəmov 1999 Goranboy Qartal İK 70.91 141 171 312
2. Fuad Həsənov 2003 Lənkəran 69.74 134 155 289
3. Qasım İsmayılov 2005 Qazax Göyəzən AAK 72.35 127 158 285
4. Paşa İbrahimli 1995 Lənkəran Zirvə İK 73.00 131 150 281
5. Mahmud Qədirov 2006 Samux Bəhrə İK 73.00 128 150 278
6. Akif Abdullayev 2007 Abşeron Zirvə İK 72.61 125 143 268
7. Ruslan Həsənov 2000 Gəncə Bəhrə İK 71.73 108 135 243
8. Məhəmməd Həsənov 2006 Gəncə UGİŞM-2 / Təhsil RİM 73.0 90 112 202
9. Firudin Cəfərov 2008 Sumqayıt İOEUGİŞM-1 / Təhsil RİM 71.45 88 103 191
10. Murad Əliyev 2003 Sumqayıt Olimp-77 İK 72.52 0

 

       Kişilər. 81 kq

 

N Adı İl Şəhər / Rayon Təşkilatı Çəkisi Birdən Təkanla Toplam
1. Ömər Cavadov 2002 Abşeron Bəhrə İK 80.40 158 180 338
2. Fuqan Əliyev 2001 Lerik Relaks-Lerik İK 80.61 140 180 320
3. Nurlan Rəsulov 2002 Abşeron Zirvə İK 81.0 130 165 295
4. Orxan Zöhrabzadə 2005 Bakı İOEUGİM-5 / Təhsil RİM 80.80 131 161 292
5. Nihat Vəliyev 2006 Gəncə UGİŞM-1 / Təhsil RİM 77.90 117 145 262
6. İlkin Məmmədzadə 2007 Bakı İOEUGİM-5 / Təhsil RİM 81.0 103 130 233

 

Paylaş
Şərh yaz