Kənan Əliquliyev Avropa çempionatında mübarizəyə qoşuldu

İsrailin Eylat şəhərində keçiriləcək yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa çempionatı davam edir. Dekabrın 2-10-u tarixlərində olacaq yarışda Azərbaycan yığma komandası da iştirak edir. Bu gün Kənan Əliquliyev yaşı 20-yə qədər kişilər arasında 77 kq çəki dərəcəsində körpücük üzərinə çıxıb.

Atletimiz birdən qaldırma hərəkətində 125 kq-ı ram edib və bu hərəkətdə 11-ci yeri tutub.

Azərbaycan Kubokunun son qalibi olan Əliquliyev təkanla qaldırma hərəkətində 155 kq-ı başı üzərinə qaldırıb və bu hərəkətdə 8-ci yeri tutub.

Toplamda 280 kq (125+155) nəticə göstərən Kənan Avropa çempionatında 11-ci yeri tutub.

Paylaş
Şərh yaz