9-10 noyabr tarixlərində Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında keçirilən ağır atletika üzrə Azərbaycan Kubokunda ikinci yarış gününə start verilib.
Körpücük üzərinə ilk olaraq çəkisi 81 kq-a qədər olan atletlər çıxıblar. Toplam 290 kq (130+160) nəticə ilə Kənan Əliquliyev rəqiblərini arxada qoyaraq qalib adını qazanıb. Gümüş və bürünc medal sahibləri eyni çəkinin öhdəsindən gəliblər. Ancaq Həsənağa Sahibov yekun nəticəni Nurlan Rəsulovdan daha əvvəl yerinə yetirdiyinə görə ikinci pillə ona qismət olub.
Təbrik edirik!
Yarışda şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin, UGİM-lərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzə yaxın atlet öz qüvvəsini sınayır. Azərbaycan Kubokunun təşkilində məqsəd atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsidir.
81 kq
N | Adı | İl | Şəhər | Klub | Çəki | Birdən | Təkanla | Toplam |
1. | Əliquliyev Kənan | 1998 | Lənkəran | Zirvə-Aviator | 80.5 | 130 | 160 | 290 |
2. | Sahibov Həsənağa | 2002 | Qobustan | UGİM | 74.8 | 117 | 150 | 267 |
3. | Rəsulov Nurlan | 2002 | Xırdalan | Zirvə | 74.2 | 116 | 151 | 267 |
4. | Mirzəyev Sənan | 1999 | Bakı | Spartak | 80.5 | 126 | 140 | 266 |
5. | Məmmədzadə Nurlan | 2004 | Qazax | Zirvə | 74.8 | 110 | 147 | 257 |
6. | Əsədov Canəli | 2003 | Qobustan | Zirvə | 74.5 | 95 | 115 | 210 |
7. | Məmmədov İlkin | 2003 | Bakı | Təhsil | 74.7 | – | – | – |
8. | Məmmədov Nazim | 2003 | Bakı | Təhsil | 78.5 | 95 | – | – |