Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər, qadınlar və ustadlar arasında Azərbaycan çempionatında ikinci yarış gününə start verilib. Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-ə yaxın atlet qüvvəsini sınayır.
77 kq çəki dərəcəsində mübarizə aparan ağır atletlər qalibi müəyyən ediblər. Toplam 294 kq (130+164) çəkinin öhdəsindən gələn Kənan Əliquliyev bütün rəqiblərini üstələyərək qızıl medal əldə edib. Toplam 279 kq (120+159) nəticə ilə Quliyev Sənan gümüş, toplam 277 kq (123+154) nəticə ilə isə Orxan Zeynalov bürünc medala sahib çıxıb.
Medalçıları təbrik edirik!
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.
N | Adı | İl | Şəhər | Klub | Çəki | Birdən | Təkanla | Toplam |
1. | Əliquliyev Kənan | 1998 | Lənkəran | Zirvə | 74.70 | 130 | 164 | 294 |
2. | Quliyev Sənan | 1995 | Samux | Zirvə | 75.40 | 120 | 159 | 279 |
3. | Zeynalov Orxan | 1992 | Neftçala | Zirvə | 76.20 | 123 | 154 | 277 |
4. | Alxasov Əlimərdan | 2001 | Lerik | Zirvə | 76.60 | 124 | 148 | 272 |
5. | Bayramov Əfqan | 1983 | Bakı | Təhsil | 74.50 | 118 | 150 | 268 |
6. | Cəfərov Eltun | 1994 | Qazax | Zirvə | 76.10 | 116 | 146 | 262 |
7. | Baxışov İsmayıl | 2001 | Qobustan | Zirvə | 75.10 | 116 | 146 | 262 |
8. | Şəmmədov Səbuhi | 2002 | Goranboy | Zirvə | 73.60 | 105 | 116 | 221 |
9. | Mamayev Yaşar | 2003 | Neftçala | Zirvə | 73.00 | 103 | 116 | 219 |
10. | Babayev Səxavət | 1997 | Şamaxı | Zirvə | 72.10 | 90 | 0 | 0 |
11. | Qardaşzadə Yusif | 2000 | Xırdalan | Zirvə | 75.70 | 0 | – | – |
The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 10, (#10) Application does not have permission for this action