Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər və qadınlar arasında Azərbaycan çempionatında ikinci yarış günü davam edir.
Kişilər arasında 81 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan atletin adı məlum olub. Bu, toplam 296 kq (131+165) nəticə göstərən Kənan Əliquliyevdir. Azərbaycan çempionu yarışdan dərhal sonra fikirlərini AAAF TV ilə bölüşərək yarışın yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırdı:
“Yarış çox yaxşı keçir. Qarşıda mötəbər turnir olan Avropa çempionatı var və orada da nəticə qazanmaq istəyirik. Davam edən ölkə çempionatında rəqiblərimin çıxışı da yaxşı idi, amma onları üstələyərək çempion adını qazana bildim”.