Kənan Əliquliyev rəqiblərini üstələdi

13-14 sentyabr tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən gənclər arasında ağır atletika üzrə Azərbaycan birinciliyində ikinci yarış gününə start verilib. Yarışda ölkənin bütün regionlarından klub və cəmiyyətləri təmsil edən yüzə yaxın atlet iştirak edir.

İlk olaraq 77 kq çəki dərəcəsində mübarizə aparan atletlər qüvvələrini sınayıblar. Toplam 286 kq (125+161) nəticə ilə Kənan Əliquliyev qızıl medala sahib çıxıb. İkinci yeri 254 kq (112+142) nəticə ilə İsmayıl Baxışov, üçüncü yeri isə 243 kq (108+135) nəticə ilə Rəsul Nəsrullayev tutub.

Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.

77 kq

N Adı İl Şəhər Klub Çəki Birdən Təkanla Toplam
1. Əliquliyev Kənan 1998 Lənkəran Zİrvə 76.60 125 161 286
2. Baxışov İsmayıl 2001 Qobustan Zirvə 76.20 112 142 254
3. Nəsrullayev Rəsul 1998 Sumqayıt Təhsil 72.90 108 135 243
4. Həsənli İsa 2002 Lənkəran Zirvə 76.30 97 130 227
5. Qasımzadə Ümid 2001 Cəlilabad Zirvə 71.80 92 102 194
6. Mustafayev Coşqun 2002 Qazax Zirvə 77.00 90 102 192
7. Quliyev Sənan 1995 Samux Zirvə 77.00 0
Paylaş
Şərh yaz