Kənan Əliquliyev yarışı birinci pillədə başa vurdu

7-8 fevral tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər və qadınlar arasında Azərbaycan çempionatında ikinci yarış günü davam edir.

Kişilər arasında 81 kq çəki dərəcəsində fəxri kürsüyə yüksələn atletlərin adları məlum olub. Azərbaycan çempionu tituluna toplam 296 kq (131+165) nəticə göstərən Kənan Əliquliyev layiq görülüb. Sonrakı yerləri müvafiq olaraq toplam 289 kq (130+159) nəticə ilə Orxan Zeynalov və toplam 280 kq (122+158) nəticə ilə Füqan Əliyev tutub.

Təbrik edirik!

Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır. Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-ə yaxın atlet qüvvəsini sınayır.

81 kq

N Adı İl Şəhər Klub Çəkisi Birdən Təkanla Toplam
1. Əliquliyev Kənan 1998 Lənkəran Zirvə 79.8 131 165 296
2. Zeynalov Orxan 1992 Neftçala Zirvə 79.7 130 159 289
3. Əliyev Fuqan 2001 Lerik Zİrvə 76.5 122 158 280
4. Baxışov İsmayıl 2001 Qobustan Zirvə 77.8 119 149 268
5. Mamayev Yaşar 2003 Neftçala Zirvə 80.1 110 126 236
6. Qasımzadə Ümüd 2001 Cəlilabad Zirvə 81.0 95 125 220
7. Quliyev Sənan 1995 Samux Zirvə 78.5 125 0
8. Hüseynzadə Fərid 1988 Sumqayıt Zirvə 80.2 90 0

 

 

Paylaş
Şərh yaz