Kənan Xəlilov qızıl medala sahib çıxdı

21-22 fevral tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər və qadınlar arasında Azərbaycan çempionatında ikinci yarış gününə start verilib. Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-ə yaxın atlet qüvvəsini sınayacaq.

Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.

Çəkisi 73 kq-a qədər olan kişilər arasında medal mübarizəsi maraqlı alınıb. Çempionun adına yalnız son yanaşmalarda aydınlıq gəlib. Toplam 268 kq (123+145) nəticə ilə Kənan Xəlilov qızıl medala layiq görülüb. İkinci pilləni toplam 262 kq (120+142) nəticə ilə Elşad Şərifov, üçüncü pilləni isə toplam 255 kq (110+145) nəticə ilə Samir Əskərzadə tutub.

Təbrik edirik!

73 kq

N Adı İl Ölkə/Şəhər Klub Çəki Birdən Təkanla Toplam
1. Xəlilov Kənan 1999 Neftçala Zirvə 72.80 123 145 268
2. Şərifov Elşad 1997 Şamaxı Zirvə 72.60 120 142 262
3. Əskərzadə Samir 2002 Neftçala Zirvə 71.70 115 140 255
4. Məmmədzadə Nurlan 2004 Qazax Zirvə 71.90 110 141 251
5. Zeynalov Əli 2000 Goranboy Zirvə 72.10 93 100 193
6. Sahibov Həsənağa 2002 Qobustan UGİM 71.20 121

 

 

Paylaş
Şərh yaz