Kamran İsmayılov İslam Oyunlarında yarışdı

9-18 avqust tarixlərində Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəylik Oyunları davam edir. Ağır atletlərimiz yarışa qoşulanlar sırasındadır.

Körpücük üzərinə 10 nəfər – 3 qadın və 7 kişi idmançı çıxacaq.

Onlardan daha biri – Kamran İsmayılov mübarizəyə qoşulub. İdmançımız 89 kq çəki dərəcəsində yarışıb.

Atletimiz birdən qaldırma hərəkətində 141 kq, təkanla qaldırmada isə 170 kq-ı başı üzərinə qaldırıb.

Toplam 311 kq (141+170) nəticə ilə Kamran İsmayılov yekun sıralamada 8-ci yeri tutub.

Paylaş
Şərh yaz