5-28 may tarixlərində Xırdalan və Astara şəhərlərində yerləşən AAAF Park Yaşayış, İdman, İstirahət və Əyləncə Komplekslərində keçiriləcək Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş, uşaqlar arasında 7-ci “Zirvə Oyunları” davam edir. 27 idman növündə 12 ölkədən olan 4 mindən çox idmançı uşağın qüvvəsini sınayacağı yarışlarda ilk olaraq ağır atletika üzrə qaliblər müəyyən edilir.
7 ölkədən – Azərbaycan, İran, Gürcüstan, Türkiyə, İsrail, Moldova və Ukraynadan olan 200-ə yaxın uşaq ağır atletin qatılacağı turnirdə ikinci yarış günündə oğlanlar 55 kq çəki dərəcəsində mübarizə aparıblar.
Türkiyəli atlet Kerem Kurnaz toplam 172 kq (76+96) nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxmağı bacarıb. Lerikli Elgün Mürşüdov 156 kq (71+85) nəticə ilə ikinci, Lənkəran atleti Emin Əkbərov isə 145 kq (64+81) nəticə ilə üçüncü pillədə qərarlaşıb.
55 kq
N | Adı | İl | Ölkə/Şəhər | Klub | Çəki | Birdən | Təkanla | Toplam |
1. | Kurnaz Kerem | 2006 | Türkiyə | Zirvə | 54.3 | 76 | 96 | 172 |
2. | Mürşüdov Elgün | 2006 | Lerik | Zirvə | 54.5 | 71 | 85 | 156 |
3. | Əkbərov Emin | 2005 | Lənkəran | Zirvə | 52.9 | 64 | 81 | 145 |
4. | Məmmədzadə Muhəmmədli | 2008 | Qazax | UGİM | 54.7 | 61 | 75 | 136 |
5. | Məmmədzadə Rufan | 2005 | Goranboy | Zirvə | 55.0 | 60 | 75 | 135 |
6. | Oçiqava Levan | 2006 | Gürcüstan | Zirvə | 51.8 | 54 | 70 | 124 |
7. | Əliyev Eşqin | 2005 | Gəncə | Təhsil | 51.6 | 45 | 60 | 105 |
8. | Qasımov Sadiq | 2005 | Cəlilabad | UGİM | 52.2 | 46 | 56 | 102 |
9. | Qurbanov Yaşar | 2007 | Bakı | Spartak | 50.7 | 44 | 58 | 102 |
10. | Estehmami Mohammad | 2008 | İran | Zirvə | 53.0 | 40 | 55 | 95 |
11. | Xub Salar | 2008 | İran | Zirvə | 54.4 | 40 | 55 | 95 |
12. | Dadaşov Kənan | 2005 | Lənkəran | Zirvə | 52.3 | 40 | 50 | 90 |
13. | Arıxov Məhəmməd | 2006 | Qazax | UGİM | 53.3 | 41 | 45 | 86 |
“Zirvə Oyunları”nda idmançılar ağır atletika, atçılıq, atıcılıq, basketbol, boks, cüdo, futbol və çimərlik futbolu, bədii və idman gimnastikası, güləş (sərbəst, yunan-roma), karate, kartinq, kikboksinq, qılıncoynatma, kamandan oxatma, pauerliftinq, şahmat, taekvondo, tennis və stolüstü tennis, üzgüçülük, çimərlik voleybolu və voleybol, badminton, atletika növlərində medal mübarizəsinə qoşulacaqlar.
“Zirvə” Beynəlxalq İdman Klublarının təşkilatçılığı ilə keçirilən bu Oyunları böyük ənənə halını almaqdadır. “Zirvə Oyunları”nın keçirilməsində məqsəd dahi liderin irsinin yaşadılması, onun ölkəmiz üçün etdiyi işlərin gələcək nəsillərə çatdırılması, eyni zamanda, idman növlərinin yerlərdə təbliği və inkişafı, idmançılar və məşqçilər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi,yarış vərdişlərinin mükəmməlləşdirilməsi, məşqçi-müəllimlərin işlərinin qiymətləndirilməsidir.