21-22 fevral tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər və qadınlar arasında Azərbaycan çempionatı start götürüb. Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-ə yaxın atlet qüvvəsini sınayacaq.
Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.
Kişilərdən körpücük üzərinə ilk olaraq çəkisi 55 kq-a qədər olanlar çıxıb. Toplam 195 kq (85+110) çəkini ram edən Əvəz Tağıyev çempion adını qazanıb. Sonrakı yerləri müvafiq olaraq toplam 184 kq (81+103) nəticə ilə Qasım İsmayılov və toplam 163 kq (70+93) nəticə ilə Kənan Rəhimov tutublar.
Təbrik edirik!
55 kq
N | Adı | İl | Ölkə/Şəhər | Klub | Çəki | Birdən | Təkanla | Toplam |
1. | Tağıyev Əvəz | 2002 | Neftçala | Zirvə | 53.0 | 85 | 110 | 195 |
2. | İsmayılov Qasım | 2005 | Qazax | UGİM | 55.0 | 81 | 103 | 184 |
3. | Rəhimov Kənan | 2004 | İsmayılli | Zirvə | 52.5 | 70 | 93 | 163 |
4. | Həsənli Yunis | 2005 | Lənkəran | Zirvə | 52.9 | 73 | 85 | 158 |
5. | Kazımov Rəhim | 2004 | Xırdalan | Zirvə | 55.0 | 66 | 86 | 152 |
6. | Qurbanov Tofiq | 2005 | Lənkəran | Təhsil | 55.0 | 65 | 86 | 151 |
7. | Səfərov Elmar | 2005 | Neftçala | Zirvə | 53.3 | 65 | 80 | 145 |
8. | Qədimov Fuad | 2005 | Sumqayıt | Təhsil | 52.9 | 61 | 83 | 144 |
9. | Abdullayev Ramil | 2004 | Şəki | Zirvə | 54.1 | 55 | 75 | 130 |
10. | Quluzadə Fərman | 2005 | Goranboy | UGİM | 51.0 | 60 | 70 | 130 |
11. | Quliyev Vüsət | 2004 | Sumqayıt | Zirvə | 53.6 | 55 | 65 | 120 |
12. | Abbaslı Dəyanət | 2003 | Neftçala | UGİM | 54.0 | – | – | – |