Lalə Rzazadə: “Əziyyət çəkərək bəhrəsini gördüm”

Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyi keçirilir. İlk yarış günündə körpücük üzərinə yaşı 15 və 17-yə qədər olan qızlar çıxıb. Onlar yaş qrupları üzrə Sinkleyr cədvəlinə əsasən mütləq qalibləri müyyən ediblər.

Yaşı 17-yə qədər olan qızların mübarizəsində toplam 133 kq (63+70) çəki və 194.91 xalla Lalə Rzazadə qızıl medala layiq görülüb. Qadın ağır atlet yarışdan sonra fikirlərini AAAF TV ilə bölüşüb: “Yarışdan öncə mütəmadi olaraq məşqlər etdim, əziyyət çəkərək bəhrəsini gördüm. Bütün məşqçilərimə çox böyük təşəkkür edirəm”.

Paylaş
Şərh yaz